Uberin Türkiyədəki fəaliyyətləri sona çatdı


Digərləri 29 Okt 2019 21:15:00 275 0

Uberin Türkiyədəki fəaliyyətləri sona çatdı

Mobil tətbiq vasitəsilə sürücü və istifadəçilər arasında əlaqə quran səyahət tətbiqi Uber-in Türkiyədəki fəaliyyətləri tamamilə sona çatıb.

Son.az facemark.az-a istinadən bildirir ki, İstanbul Sürücülər Təşkilatı ilə Birləşmi Taksilər Dərnəyi internet üzərindən xidmət verən Uber-ə dava açıb.

Məhkəmə Uber-ə girişi məhdudlaşdırılması və haqsız rəqabətin qarşısının alınması üçün açılırdı.

Məhkəmə isə Uber xidmətlərini haqsız rəqabət yaratdığına və dayandırılmasına və internet üzərindəki tətbiqlərə əlçatanlığın sona çatdırılmasına qərar verib.

Təşkilatın rəhbəri Eyüp Aksu isə deyi b ki, Uber-ə qarşı açdığımız məhkəmə davası yekunlaşdı: "Taksi nəqliyyat vasitəsi 1986-cı ildə çıxan qanunla məhdud kommersiya vasitələridir. Bu kommersiya hüququnu isə dövlətə müəyyən xərclər ödəyərək nail olmuşuq. 2013-cü ildən etibarən isə Türkiyədə belə pirat nəqliyyat vasitəsi başladı. Biz Türkiyə Cümhuriyyətinin ədalət və siyasətinə güvənirik. Haqlı olduğumuz dava bu gün nəticələndi. Uber-in XL və normal vasitələr taksiləri daxil olmaqla internet əlçatanlığı Türk ədalətinin verdiyi qərarla bağlandı", - deyə açıqlamasında deyib.

(adsgarden = window.adsgarden || []).push({});