Bakıda 26 yaşlı gənci vurub qaçan sürücü saxlanıldı


Digərləri 29 Okt 2019 21:04:00 202 0

Bakıda 26 yaşlı gənci vurub qaçan sürücü saxlanıldı

Bakıda gənc oğlanı vurub qaçan sürücü saxlanılıb.

Bakı. Samir Əli - Bakıda gənc oğlanı vurub qaçan sürücü saxlanılıb. Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib. Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Əşrəfzadə Elnur Rafiq oğlu paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsi 1 saylı ünvanın qarşısında naməlum avtomobillə vurulub. Yaralı xəstəxanaya yerləşdirilib. Sürücü hadisə yerindən qaçıb. (adsgarden = window.adsgarden || []).push({}); Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Əlpənahov Emin Allahverdi oğlu olduğu müəyyən edilib. Məlum olub ki, o hadisəni 99 MS 251 dövlət nömrə nişanlı "Runna" markalı avtomobillə törədib. Sürücü avtomobillə birlikdə saxlanılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin