250 minlik skripkanı qatarda unutdu


Digərləri 29 Okt 2019 20:44:00 224 0

250 minlik skripkanı qatarda unutdu

Britaniyalı musiqiçi Stiven Morris 250 min funt sterlinq dəyərində olan skripkasını qatarda unudub.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, o, bu barədə polisi məlumatlandırıb. Videokameralara baxılsa da, çalğı alətini tapmaq hələlik mümkün olmayıb.

"Skripka 1709-cu ildə Devid Tekçler tərəfindən hazırlanmışdı və mən bu nadir alətin yeganə mühafizəçisi idim. Sanki əllərimi kəsiblər" deyə, musiqiçi təəssüfünü ifadə edib.

(adsgarden = window.adsgarden || []).push({});