Dünyanın “1 nömrəli terrorçu”ları


Dünya 29 Okt 2019 20:29:00 197 0

Dünyanın “1 nömrəli terrorçu”ları

Oktyabrın 26-da ABŞ xüsusi təyinatlıları Suriyanın İdlib vilayətində dünyanın "1 nömrəli terrorçu"su Əbu Bəkr əl-Bağdadini məhv etdi. Bu barədə prezident Donald Tramp xalqa xüsusi müraciətində elan etdi. Bağdadi son illər dünyada ən çox axtarılan terrorçu idi.

Son.az Modern.az-a istinadən əl-Bağdadiyə qədər ABŞ-ın bütün dünyada axtardığı, başı üçün milyonlarla dollar qoyduğu "1 nömərli terrorçu"ların siyahasını xronoloji ardıcıllıqla təqdim edir.

Əli Atva - ABŞ-ın axtarışa verdiyi və 1985-ci ildə dünyanın "1 nömrəli terrorçu"su halına gələn şəxsdir. Livan vətəndaşı olan Atva "Hizbullah" qruplaşmasının üzvü kimi Afinadan Romaya uçan "Boinq 727" təyyarəsini 3 silahdaşı ilə ələ keçirərək, 153 sərnişin və heyət üzvünü girov götürməkdə təqsirləndirilir. Laynerdə ABŞ vətəndaşı olduğunu bildikləri hərbçi Robert Stethemi qətlə yetirən terrorçular danışıqlardan sonra təyyarəni sərbəst tərk etmişdilər. Terrorçu qrupun ələ keçməyən 2 üzvündən biri olan Əli Atva 1985-ci ildə qısa müddətə dünyanın əsas terrorçusuna çevrilib. ABŞ hökuməti onun başına 5 milyon dollar mükafat qoyub. Livanlı terrorçu hələ də azadlıqdadır.

Abdulla Əhməd Abdulla - "Əl Qaidə" qruplaşmasında yüksəsk vəzifə tutan terrorçudur. Əhməd Abdulla 1994-cü ildən Somali, Yəmən və Misirdə terror aktivliyinə görə axtarışa verilib. Hesab olunur ki, 1998-ci ildə Keniya və Tanzaniyada ABŞ səfirliklərində partlayışların əsas təşkilatçısı da məhz odur. Abdulla Üsəma Ben Ladenin ən yaxın çevrəsindən olub. "Dünyanın 1 nömərli terrorçu"su kimi ABŞ onun başına 10 milyon dollar təyin edib.

Fəhd İbn Məhəmməd Əl-Kuso - "Əl Qaidə Ərəbistan yarımadasında" qruplaşmasının lideri olub. O 2000-ci il oktybarın 12-də Yəmənin Ədən limanında ABŞ-a məxsus "USS Cole" gəmisində törədilən terror aktının əsas təşkilatçısıdır. Bomba yüklü katerin gəmiyə çırpılması zamanı 17 amerikalı hərbçi ölmüş, 39-u isə yaralanmışdı. Buna görə 2001-ci ilin 11 sentyabr terroruna qədər Əl-Kuso dünyanın "1 nömərli terrorçu"su hesab olunurdu. ABŞ ona görə 10 milyon dollar mükafat təyin etmişdi. Yəmənli terrorçu 2012-ci ilin mayında amerikalı xüsusi təyinatlılar tərəfindən öldürülmüşdü.

Üsəma Ben Laden - "Əl Qaidə" qruplaşmasının yaradıcısı və lideri. Səudiyyə Ərəbistanında anadan olan Üsəma Ben Laden 1998-ci ildə Keniya və Tanzaniyada ABŞ səfirliklərində partlayışlar törətməkdə təqsirli bilinirdi. Amma bütün dünya onu 2001-ci il 11 sentyabr günü Dünya Ticarət Mərkəzinin "əkiz bina"larının dağılması və 3 min insanın həyatdan getməsi ilə nəticələnən dəhşətli terror aktına görə tanıyır. Tarixin ən dəhşətli terror aktından sonra Ben Laden avtomatik olaraq dünyanın "1 nömrəli terrorçusau" halına gəldi. O yalnız 2011-ci il mayın 2-də Pakistanın Abbatobad şəhərində amerikalı xüsusi təyinatlıların keçirdiyi əməliyyat zamanı öldürüldü.

(adsgarden = window.adsgarden || []).push({});