Bu xəstəliyə tutulan 3 nəfərdən 1i ölür


Digərləri 29 Okt 2019 20:04:00 325 0

Bu xəstəliyə tutulan 3 nəfərdən 1i ölür

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən hər il oktyabrın 29-u Ümumdünya İnsultla Mübarizə Günü kimi qeyd edilir. Bu təşkilatın məlumatına görə, hər il yer kürəsində təxminən 16 milyon nəfərdə insult baş verir və bunların 7 milyonu ölümlə nəticələnir. Məhz buna görə də insultla mübarizə gününün keçirilməsi maarifləndirici tədbir kimi zəruridir.

Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, adətən bu xəstəliyə tutulanların üçdə biri ölür, qalanları isə əlilə çevrilir:

"Amma insultun qarşısını almaq və xəstələrə yardım etmək mümkündür. Damarların tutulması baş verən işemik insultdan sonra insanlar salamat qalsa da, əlilə çevrilir. Əsas məsələ xəstəyə ilk 3-4 saat ərzində yardım göstərməkdir.

Çoxları insult olduqlarını bilmədikləri üçün ölürlər. İnsult simptomları çox sadədir: insult olan insan anlaqsız danışır, güləndə ağız küncləri aşağı düşür, koordinasiyası pozulur, ətraflarından biri zəifləyir. Bu, təcili yardım çağırmaq üçün yetərlidir.

İnsult riskinin olub-olmadığını öyrənmək üçün mürəkkəb tədqiqatlar lazım deyil. Sadəcə yuxu arteriyalarının ultrasəs müayinəsini aparmaq, təzyiqi nəzarətdə saxlamaq, normal qidalanmaq və siqaretdən uzaq durmaq lazımdır. Üç əsas şey - hipertoniya, yüksək xolesterin və bədənin artıq çəkisi risk amilini artırır".

Həkimlərin qənaətinə görə, insult xəstəliyinə qadınlarla müqayisədə kişilərdə daha çox rast gəlinir:

(adsgarden = window.adsgarden || []).push({});