"Kontakt Home" təmir etmədiyi telefonları yenisi ilə əvəzləyir


Digərləri 29 Okt 2019 20:00:39 169 0

"Kontakt Home" təmir etmədiyi telefonları yenisi ilə əvəzləyir

“Təmir geciksə, təzəsini veririk” – artıq Kontakt Home 14 gün ərzində təmir etmədiyi mobil telefonları yenisi ilə əvəzləyir.

Bakı. “Təmir geciksə, təzəsini veririk” – artıq Kontakt Home 14 gün ərzində təmir etmədiyi mobil telefonları yenisi ilə əvəzləyir. İndi Kontakt Home-da mobil telefon alan bütün müştərilər “Sürətli təmir” xidmətindən faydalana bilər. Bu unikal servislə Kontakt Home öz partnyor Servis Link mərkəzilərinə daxil olan bütün mobil telefonları 14 təqvim günü ərzində təmir etməyi öhdəliyinə götürür. İndi ehtiyat hissəsinin gəlməyini bu qədər gözləmək lazım deyil. Telefon Kontakt Home-dan alınıbsa, demək ki, müştərinin “Sürətli təmir” xidməti var. Fərqi yoxdur hansı səbəbdən təmir geciksə, ona yeni telefon veriləcək. Əslində “14 gün” maksimal gözləmə müddətidir. Adətən təmir daha tez başa çatır. Servis mərkəzləri təmir müddətinin sürətləndirilməsi məqsədilə işə əlavə mühəndislər cəlb edib. Yuxarıda qeyd edildiyi kimi, “Sürətli təmir” xidməti bütün Kontakt Home müştərilərinə şamil edilir. Üstəlik müştəri Qızıl Zəmanət istifadəçisi olarsa, bu zaman onun tərəfindən yaradılmış korlanmalar da (ekranın sınması, mexaniki zədələr, maye keçməsi) 14 gün müddətində tam təmir edilir və məhsulun təmiri ehtiyat hissələri daxil olmaqla, tamamilə pulsuz həyata keçirilir. Qızıl Zəmanət xidmətinin bir digər üstünlüyü bu zəmanətin oğurluq hadisələrinə və belə hadisələrlə bağlı meydana gələn nəticələrə şamil edilməsidir.