Limonlu tort reseptinin hazırlanması Usta öz sirlərini açır


Digərləri 29 Okt 2019 19:30:00 314 0

Limonlu tort reseptinin hazırlanması  Usta öz sirlərini açır

Son.az Lent.az-a istinadən oxucularına növbəti maraqlı resepti təqdim edir.

Bu dəfə sizi sosial şəbəkədə "Ağababa Ağababa" adı ilə məşhur olan səhifəyə istinadla limonlu tortun necə hazırlanması ilə tanış edəcəyik.

Tərkibi: Xəmir üçün 550 qram un, 150 qram şəkər tozu, 2 yumurta, 100 ml süd, 90 ml bitki yağı, 1 xörək qaşığı limon suyu, 1 silə çay qaşığı soda, çay qaşığının ucunda duz, vanil.

Krem üçün, 1 litr süd, 2 yumurta, 200 qram şəkər tozu, 200 qram un, 200 qram kərə yağı, 1 limonun qabığının rəndəsi, 2 orta boy limonun suyu, vanil. Üstü üçün: 1 orta boy limon və nanə yarpağı.

Hazırlanması üçün: Xəmiri hazırlamaq üçün qaba şəkər tozunu, yumurtanı, südü, günəbaxan yağını, vanili və duzu əlavə edib mikserlə çalırıq. Sonra limon suyunu stəkanda soda ilə həll edib qarışıma əlavə edirik. Unu əlavə edib xəmiri yoğurduqdan sonra 15-20 dəqiqə soyuducuya qoyub kremi hazırlayırıq.

(adsgarden = window.adsgarden || []).push({});