Azərbaycanda qadına qarşı iyrənc əməl: "Cinsi əlaqədə olmasan, maşından düşürəcəm"


Kriminal 29 Okt 2019 19:44:00 274 0

Azərbaycanda qadına qarşı iyrənc əməl: "Cinsi əlaqədə olmasan, maşından düşürəcəm"

Seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Şamaxı şəhər sakini Rasim Təhməzov və 1991-ci il təvəllüdlü Qobustan rayon sakini Əhməd Qəribovun cinayət işinə baxılıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan prosesdə hər iki təqsirləndirilən şəxsin kasasiya şikayətinin dəlilləri araşdırılıb.

İttihama görə, Rasim Təhməzov 25 iyul 2018-ci il tarixdə Əhməd Qəribov, Əjdər Abdullayev, Faiq Şıxəliyev və sonuncunun vasitəsilə həmin gün tanış olduğu Şamaxı rayon sakin, Məlahət Vəliyeva (ad və soyad şərtidir - red.) ilə birlikdə İsmayıllı rayonu ərazisində yerləşən yeməkxanaya gəliblər.

Rasim Təhməzov orada şam yeməyindən sonra Məlahət Vəliyevaya qarşı zor tətbiq etməklə cinsi əlaqədə olmaq qərarına gəlib. O, Əhməd Qəribovla əlbir olub.

Rasim Təhməzov özünün "VAZ-21011" markalı avtomobilində Əhməd Qəribovla birlikdə Məlahəti yaşadığı kəndə aparıblar.

Gecə yarı saat 2 radələrində Rasim avtomobili kəndarası yolda, kəndin giriş hissəsindən 700 metr məsafədə saxlayıb və Məlahətin onlarla cinsi əlaqəyə girməyəcəyi halda gecə vaxtı avtomobildən düşürəcəyini bildirib.

Məlahət onların intim əlaqədə olmaq barədə təkliflərini rədd edib. Bu səbəbdən avtomobildən düşüb, yaşadığı kəndin içərisinə doğru yollanıb.

Həmin vaxt Rasim qadının arxasınca gedib, zorla onu avtomobilə qaytarıb. Orada onunla cinsi əlaqədə olmaq istəyib.

Bu zaman Faiq Şıxəliyev Rasimin bu hərəkətlərinin qarşısını almaq üçün mübahisə edib, Əjdər Abdullayev və Əhməd Qəribov onların mübahisəsinə imkan verməyib.

Bu ərəfədə Məlahət mobil telefon vasitəsilə Daxili İşlər Nazirliyinin "102" məlumat mərkəzinə zəng edib, Əjdər Abdullayev və Faiq Şıxəliyev oradan qaçıblar.

Rasim və Əhməd Məlahətin qolundan tutaraq zor tətbiq etməklə, onu avtomobilin arxa oturacağına uzandırıblar.