Taxıl anbarından 2 ton arpa oğurlayan şəxs saxlanılıb


Digərləri 29 Okt 2019 19:40:00 214 0

Taxıl anbarından 2 ton arpa oğurlayan şəxs saxlanılıb

Taxıl anbarından 2 ton arpa oğurlayan şəxs saxlanılıb

Bakı. Samir Əli - Taxıl anbarından 2 ton arpa oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyi Şirvan şəhərində Regional qrupundan verilən məlumata görə, oktyabrın 13-də Qaradağ rayon sakini Natiq Həsənov Hacıqabul RPŞ-yə ərizə ilə müraciət edərək rayon ərazisində ona məxsus taxıl anbarından ümumi dəyəri 800 manat olan 2 ton arpanın oğurlanması ilə bağlı məlumat verib. Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 35 yaşlı İmran Novruzov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. (adsgarden = window.adsgarden || []).push({}); Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin