Dövlət Akademik Milli Dram Teatrının əməkdaşlarına fəxri adlar verilib


Digərləri 29 Okt 2019 19:26:00 206 0

Dövlət Akademik Milli Dram Teatrının əməkdaşlarına fəxri adlar verilib

Prezident İlham Əliyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Bakı. Prezident İlham Əliyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin: “Xalq artisti” Abdullayev Kyazım Ənvər oğlu Nurzadə Əli Qayıb oğlu “Əməkdar artist” Abdullayev Mətləb Fətəli oğlu Babayeva Əminə Ağahüseyn qızı Bəxtiyarov Rəşad Bəhram oğlu Qarayev Elnar Cəfər oğlu. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin