Dövlət Akademik Milli Dram Teatrının əməkdaşları “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib


Digərləri 29 Okt 2019 19:28:52 264 0

Dövlət Akademik Milli Dram Teatrının əməkdaşları “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

Prezident İlham Əliyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bakı. Prezident İlham Əliyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin: Cəfərova Bəsti Əli qızı Əsədova Məleykə Əlifağa qızı Mustafayeva Laləzar Bəşir qızı Novruz Ramiz Qəvvam oğlu. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin