Oğuzda mağaza sahibi bazarda öldü


Digərləri 29 Okt 2019 18:44:00 311 0

Oğuzda mağaza sahibi bazarda öldü

Oğuz rayonunda 78 yaşlı mağaza sahibi bazarda dünyasını dəyişib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə "Oğuz Mərkəzi Bazar" MMC-də baş verib.

Ticarət Mərkəzində toxum satışı ilə məşğul olan mağazanın sahibi, 1941-ci il təvəllüdlü Fərəc Fərəcovun halı qəfil pisləşib.

Hadisə yerinə Təcili Tibbi Yardım Briqadası çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

F.Fərəcov mağazada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.