İran 64 batalyonun iştirakı ilə hərbi təlimlər keçirəcək


Digərləri 29 Okt 2019 18:50:00 286 0

İran 64 batalyonun iştirakı ilə hərbi təlimlər keçirəcək

İranın qərbində yerləşən Qərbi Azərbaycan vilayətində oktyabrın 31-i və noyabrın 1-də Bəsic (Basij) qüvvələrinin 64 batalyonunun iştirakı ilə hərbi təlimlər keçiriləcək.

Bakı. Elnur Bağışov - İranın qərbində yerləşən Qərbi Azərbaycan vilayətində oktyabrın 31-i və noyabrın 1-də Bəsic (Basij) qüvvələrinin 64 batalyonunun iştirakı ilə hərbi təlimlər keçiriləcək. Trend-in məlumatına görə, bunu İranın Qərbi Azərbaycan vilayətində İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) komandan əvəzi Allahverdi Dadaşzadə deyib. A.Dadaşzadənin sözlərinə görə, hərbi təlimlər müdafiə, təhlükəsizlik və xilasetmə istiqamətində keçiriləcək. (adsgarden = window.adsgarden || []).push({}); Rəsmi əlavə edib ki, qüvvələrin döyüş qabiliyyətinin əks etdirilməsi və artırılması hərbi təlimlərin əsas məqsədlərindəndir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin