Ukraynalı futbolçunun həyat yoldaşı klub prezidenti oldu


İdman 29 Okt 2019 17:43:00 407 0

Ukraynalı futbolçunun həyat yoldaşı klub prezidenti oldu

Caykur Rizespor-un futbolçusu Nikolay Morozyukun həyat yoldaşı İrina Morozyuk klub prezidenti kimi fəaliyyət göstərəcək.

Goal.az-ın məlumatına görə, xanım Morozyuk Lvovun həvəskar komandası olan Lyon-a rəhbərlik edəcək.

Bununla o, Ukrayna futbol tarixinin ilk qadın prezidenti olub. Ukrayna millisinin üzvü həyat yoldaşını sosial şəbəkə vasitəsilə təbrik edib. Klub isə instaqram səhifəsi vasitəsilə bu təyinatın onlara uğur qazandıracağını yazıb: "Belə prezidentlə 2-3-cü olmağa haqqımız yoxdu".

Qeyd edək ki, Nikolay Morozyuk Caykur Rizespor-a bu il Kiyev Dinamo-sundan keçib.