PAŞA Bank valyuta mübadiləsi əməliyyatlarını 24/7 rejiminə keçirdi


Digərləri 29 Okt 2019 17:36:00 333 0

PAŞA Bank valyuta mübadiləsi əməliyyatlarını 24/7 rejiminə keçirdi

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank müştəri məmnuniyyətini əsas tutaraq yeni funksionallığı istifadəyə verdi.

Bakı. Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank müştəri məmnuniyyətini əsas tutaraq yeni funksionallığı istifadəyə verdi. Bankdan Trend-ə verilən məlumata görə, artıq yeni Onlayn Bankda valyuta mübadiləsi əməliyyatları 24/7 rejiminə keçirildi. Onlayn Bank xidmətinə qoşulan Bankın müştəriləri bu unikal imkandan yararlanmaqla istər iş, istərsə də istirahət günlərində istənilən vaxtda valyuta mübadiləsi əməliyyatlarını yerinə yetirə bilər. Beləliklə, Müştərilər növbəti iş gününü və ya iş həftəsini gözləməklə vaxt itirməyəcək, biznesləri üçün lazımi əməliyyatları daha tez və rahat həyata keçirəcəklər. Xidmətdən istifadə etmək və çevik həllərin digər üstünlüklərindən faydalanmaq üçün Onlayn Banka daxil olun: https://pashabank.digital/