İstanbulda iri terror aktının qarşısı alındı


Dünya 29 Okt 2019 16:49:00 352 0

İstanbulda iri terror aktının qarşısı alındı

İstanbulda Türkiyə kəşfiyyat xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində iri terror aktının qarşısı alınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Fatih rayonunda Cümhuriyyət bayramı ilə bağlı keçirilən yürüş zamanı terror aktı planlaşdıran İŞİD terror təşkilatının 3 üzvü saxlanılıb.

Saxlananların vətəndaşlığı barədə məlumat verilməyib.

Bundan başqa, bu gün Bursa vilayətində də antiterror əməliyyatı keçirilib və 26 nəfər saxlanılıb. Onlardan 12-i Suriya vətəndaşıdır.