Nəsiminin yubileyi ilə əlaqədar ən çox ağac əkəcək rayonlardan biri Saatlı olacaq


Digərləri 29 Okt 2019 16:19:00 322 0

Nəsiminin yubileyi ilə əlaqədar ən çox ağac əkəcək rayonlardan biri Saatlı olacaq

"Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Saatlı rayonunda 50 min ağac əkiləcək".

Son.az xəbər verir ki, bunu Trend-ə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlham Quliyev deyib.

Onun sözlərinə görə, ağaclar 40 hektar ərazidə əkiləcək. Artıq onların əkiləcəyi yerlər müəyyən edilib.

İ.Quliyev qeyd edib ki, ağacların rayonda 20 ərazidə əkilməsi nəzərdə tutulur: "Ağacların böyük hissəsinin Azadkənd kəndinin ərazisində və Hacıqabul-Bəhramtəpə avtomobil yolunun Saatlı rayonunun ərazisindən keçən 10 hektar ərazisində əkilməsi planlaşdırılır. Azadkənd kəndinin 10 hektar ərazisində 20 min ağac, Hacıqabul-Bəhramtəpə avtomobil yolunun Saatlı rayonunun ərazisindən keçən hissəsində 10 min ağac əkiləcək. Saatlı-Sancalar-Cəfərxan-Əbilkəndyolunun 6 hektar ərazisində 6 min ağac əkiləcək. Bununla yanaşı, rayonun digər kəndlərinin ərazilərində sosial obyektlərinin həyətlərində də ağaclar əkiləcək".