Göygöldə çoban itkin düşüb


Digərləri 29 Okt 2019 15:41:00 288 0

Göygöldə çoban itkin düşüb

Göygöl rayonunda çoban itkin düşüb.

Bakı. Samir Əli - Göygöl rayonunda çoban itkin düşüb. Trend-in məlumatına görə, hadisə rayonun Firuzabad qəsəbəsindəki fermada baş verib. Həmin fermada özünü kimsəsiz kimi göstərərək çoban işləyən, Şamaxı rayon Kərkənc kənd sakini, 1961-ci il təvəllüdlü Əlləzov Məmməd İbrahimxəlil oğlu oktyabrın 27-də səhər saatlarında fermadan çıxıb və bir daha geri qayıtmayıb. (adsgarden = window.adsgarden || []).push({}); Faktla bağlı araşdırma aparılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin