KOBİA Qusarda kələm satışı ilə məşğul olan fermerlərə dəstək göstərib


Digərləri 29 Okt 2019 15:09:00 353 0

KOBİA Qusarda kələm satışı ilə məşğul olan fermerlərə dəstək göstərib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Qusarın Düztahir və Gican kəndlərinin fermerlərinə məhsul satışında dəstək göstərib.

Son.az xəbər verir ki, KOBİA-dan Trend-ə verilən məlumata görə, kənd sakinləri agentliyin Qusar "KOB Dostu"na müraciət edərək əkdikləri kələmi sata bilmədiklərini və bu sahədə onlara dəstək göstərilməsini istəyiblər. KOBİA-nın dəstəyi və əlaqələndirməsi ilə Düztahir və Gican kəndlərinin 7 fermer təsərrüfatında yetişdirilən 5 ton kələm "Aqrar Tədarük və Təchizat" ASC tərəfindən alınıb. Düztahir və Gican kəndlərinin digər fermerlərinə də kələmin satışında dəstək göstəriləcək.

Qeyd edək ki, KOBİA-nın başlıca fəaliyyət istiqamətlərindən biri də mikro, kiçik və orta sahibkarlıq subyektlərinin yerli və xarici bazarlara çıxışına dəstək olmaqdır. Bu məqsədlə agentlik tərəfindən müvafiq dəstək tədbirləri həyata keçirilir.