Bakıda piyadanı vurub qaçan sürücü saxlanılıb


Digərləri 29 Okt 2019 15:09:04 266 0

Bakıda piyadanı vurub qaçan sürücü saxlanılıb

Bakıda piyadanı vurub qaçan sürücü saxlanılıb

Bakı. Bakıda piyadanı vurub qaçan sürücü saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 27-də saat 22 radələrində Yasamal rayonunun A.M.Şərifzadə küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini E.Əşrəfzadə vurulub və xəsarətlə xəstəxanaya yerləşdirilib. Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Runna” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini E.Əlpənahov saxlanılıb. (adsgarden = window.adsgarden || []).push({}); Faktla bağlı araşdırma aparılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin