Suraxanıda 7 min abonentin qaz təminatında problemlər aradan qaldırılıb (FOTO)


Digərləri 29 Okt 2019 14:42:00 251 0

Suraxanıda 7 min abonentin qaz təminatında problemlər aradan qaldırılıb (FOTO)

Suraxanı rayonu ərazisində 5000 m uzunluğunda qaz kəmərinin yenilənməsi başa çatıb.

Bakı. Samir Əli - Suraxanı rayonu ərazisində 5000 m uzunluğunda qaz kəmərinin yenilənməsi başa çatıb. “Azəriqaz”dan Trend-ə verilən məlumata görə, bu zaman uzun illər istismarda olduğundan korroziyaya uğrayaraq yararsız hala düşmüş yeraltı 530 mm diametrində polad boru, diametri 400 mm olan polietilen borularla əvəz olunub. Bununla da “Suraxanı”, “Dədə Qorqud” və “Bahar” qəsəbələrində yaşayan 7 min abonentin qaz təchizatındakı bu günə qədər yaşanan problemlərə son qoyulub və normal təzyiqdə qazla təminatı həyata keçirməyə lazımi imkanlar yaradılıb. Tikinti işlərinə bu ilin avqust ayında başlanılıb və oktyabrın 28-də tamamlanıb. Gecə saatlarında artıq yeni kəmər işə salınıb. Qaz kəməri bir yerdə Bakı-Aeroport avtomagistralı və 3 yerdə Suraxanı rayonu küçə avtomobil yollarını kəsməklə yeraltı çəkilib.