İranda universitetdə PARTLAYIŞ - Yaralananlar var


Digərləri 29 Okt 2019 14:31:00 205 0

İranda universitetdə PARTLAYIŞ - Yaralananlar var

İranın qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Urmiya rayonunun Kəvələq kəndi ərazisində Tətbiqi Elmlər Universitetinin həyətindəki binalardan birində güclü partlayış olub.

Bakı. Elnur Bağışov - İranın qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Urmiya rayonunun Kəvələq kəndi ərazisində Tətbiqi Elmlər Universitetinin həyətindəki binalardan birində güclü partlayış olub. Trend-in məlumatına görə, bunu İranın Qərbi Azərbaycan vilayətinin Urmiya rayonu yanğınsöndürmə və təhlükəsizlik xidmətləri idarəsinin rəisi İbrahim Şad Quşçu deyib. İ.Ş.Quşçunun sözlərinə görə, bina Urmiya Kənd Təsərrüfatı müəssisələri inkişaf mərkəzinə məxsusdur. İdarə rəisi əlavə edib ki, hadisə nəticəsində 6 nəfər yaralanıb. (adsgarden = window.adsgarden || []).push({}); Hadisənin səbəbi araşdırılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin