Qəzada ölən tələbələrin FOTOsu


Digərləri 29 Okt 2019 13:43:00 343 0

Qəzada ölən tələbələrin FOTOsu

Xəbər verdiyimiz kimi, gecə saatlarında Gəncədə ölümlə nəticələnən avtomobil qəzası baş verib. 

Qəza nəticəsində 2000-ci il təvəllüdlü Bayramlı İkram Arif oğlu və onun yaşıdı Məmmədli Eldar Kərim oğlu dünyasını dəyişib, bir nəfər isə ağır yaralanıb.

Son.az qafqazinfo-ya istinadən əbər verir ki, qəza zamanı ölənlər Azərbaycan Dövlət Aqrar Universitetinin "Baytarlıq təbabəti və zoomühəndislik" fakültəsinin baytarlıq ixtisası tələbələri olub. 19 yaşlı gənclər universitetin III kursunda təhsil alırmışlar. 

Eldar Məmmədli Saatlı, İkram Bayramlı isə Tərtər rayonundan olub. 

Qəzada həyatını itirən tələbələrin fotolarını təqdim edirik: