“Yenilməzlər” qala təqdimatında nələr baş verəcək?


Kriminal 29 Okt 2019 13:02:00 279 0

“Yenilməzlər” qala təqdimatında nələr baş verəcək?

Bakıda Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyinə həsr olunacaq "Yenilməzlər" adlı beynəlxalq qala təqdimat bir sıra qeyri-adi şouları ilə yadda qalacaq.

Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Noyabrın 13-də baş tutacaq tədbir öz unikallığı ilə yadda qalacaq və bir sıra ilklərə imza atılacaq. Fiziki məhdudiyyətli insanların həyat hekayələri kölgə teatrı, ultra-bənövşəyi şou və pantomima tamaşaları vasitəsi ilə tamaşaçıların diqqətinə çatdırılacaq. Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi rejissor Nicat Kazımovun rəhbərliyi ilə artıq qeyd olunan tamaşaların məşqlərinə başlayıblar.

Bu tədbirdə tamaşaçıları fiziki məhdudiyyətlərinə baxmayaraq böyük uğurlar qazanmış insanların həyat hekayələrini birbaşa özlərinin dilindən eşidə biləcəklər.

"Yenilməzlərin" ilk qonaları fiziki məhdudiyyətlər qarşısında yenilməyən, çətinlikləri aşaraq həm idmanda, həm də ictimai həyatda böyük uğurlar qazanaraq dünya səviyyəsində çox nüfuzlu insana çevrilməyi bacaran Sir Filip Kreven və Böyük Britaniya Paralimpiya Assosiasiyasının fəxri vitse-prezidenti Entonu Sainsbari olacaq.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının fəxri cəngavər-bakalavrı, Beynəlxalq Paralimpiya Komitəsinin ikinci prezidenti Sir Filip Kreyven 16 yaşında ikən dağa dırmanma zamanı baş verən bədbəxt hadisə nəticəsində onurğa sütunu zədələnib. O zamandan bəri Filip Kreyven əlil arabası istifadəçisidir.

Keçirdiyi qəza və fiziki məhdudiyyət Filipi sındıra bilmədi. Həyatın çətinlikləri qarşısında yenilmədi. O idmandan nəinki uzaqlaşmadı, hətta bütün dünyada əlil idmanının və paralimpiya hərəkatnın inkişafına mühüm töhfələr qazandırıb. Eyni sözləri onun tərəf müqabili və Azərbaycan idmanın dostu Entoni Sainsbari haqqında da demək olar.

Adı hər bir Azərbaycan vətəndaşına yaxından tanış olan ikiqat paralimpiya çempionu İlham Zəkiyev tədbirdə yer alan əsas qonaqlardan biri olacaq. Onun vətənə xidmət zamanı düşmən gülləsi nəticəsində görmə qabiliyyətini itirməsi, buna baxmayaraq həyatda böyük uğurlara nail olması bədii şəkildə səhnələşdiriləcək. İlham Zəkiyev özü ilə bağlı səhnələşdirilmiş tamaşanın bir hissəsində yer alacaq.