Sahibkarlar Azərbaycana qida məhsulları gətirmək üçün elektron sistemdən istifadə edəcəklər


Digərləri 29 Okt 2019 12:55:00 195 0

Sahibkarlar Azərbaycana qida məhsulları gətirmək üçün elektron sistemdən istifadə edəcəklər

Sahibkarlar Azərbaycana qida məhsulları gətirmək üçün AQTA-ya elektron sistem vasitəsilə müraciət edəcəklər.

Bakı. Sahibkarlar Azərbaycana qida məhsulları gətirmək üçün AQTA-ya elektron sistem vasitəsilə müraciət edəcəklər. Trend-in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sektor müdiri Samir Rüstəmli bildirib. Onun sözlərinə görə, elektron sistem bu ilin sonuna kimi yaradılacaq: "Sistem “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələrək yaradılır. Bu ilin sonunadək idxal-ixrac prosedurlarının tam elektronlaşdırılması nəzərdə tutulub. Bununla da sahibkarlar ofislərini, iş yerlərini tərk etmədən Agentliyə müraciət edə biləcəklər".