Fədayədən "Qoca"nın məzarını ziyarət edəcəksiniz?" sualına qısa cavab


Şou-biznes 29 Okt 2019 12:22:26 285 0

Fədayədən "Qoca"nın məzarını ziyarət edəcəksiniz?" sualına qısa cavab

Son.az bildirir ki, Fədayə Laçın ölkə.az-ın suallarını cavablandılrıb.

- Çox sevincliyəm. Nə deyə bilərəm ki? Gələnlər var, dostlar, jurnalistlər burdadırlar. Bu dəqiqə nə baş verdiyini, hansı hissləri keçirdiyimi anlamıram. 

- Bacınız İlahə Fəda bildirmişdi ki, bu son iki gün geridə qalan iki ildən daha ağır keçdi.

- Son iki gündə çox həyəcanlı idim. Heç beş il cəza alanda bu qədər həyəcanlı olmamışdım. Amma son günlərdə mənimlə birlikdə saxlanılan qadınlar da yatmırdılar, saatları sayırdılar. Çox şükür ki ailəmə qovuşdum, sənətimə də qovuşacağam. 

- Buna həyatınızın ən sevincli günü deyə bilərikmi?

- Əlbəttə, bundan sevincli günüm ola bilməz. Allah cəmi dustaqlara, azadlıq arzusunda olanlara bu günü qismət etsin.  

- Yəqin ki, haqqınızda yazılanlar qulağınıza çatırdı...

- Bəli, az-çox eşidirdim. Mənə böyük dəstək olduğundan xəbərdaram. Mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Ailəmə istər maddi, istər mənəvi çox dəstək oldular. Tanımadığım insanlardann dəstək gördüm.