"Qohumları silmək olmur"


Şou-biznes 29 Okt 2019 11:26:00 734 0

"Qohumları silmək olmur"

ARB TV-nin "Hüseynova bacıları" verilişinin növbəti qonağı müğənni Mina olub. Son.az bildirir ki, Mina xalasıqızı Elnarə Xəlilova ilə aralarında olan problemlərdən və küsülü olma səbəbindən danışıb: "Elnarə ilə yaxşıyıq. Barışmışıq. Əslində, küsməmişdik. Qohumları heç vaxt silib atmaq olmur, biz də doğma xalaqızıyıq. Yaxınıq, bacı kimiyik. Mən "O səs Türkiyə"yə getmişdim. Ondan özümə dəstək kimi səhifəsində paylaşmağını xahiş etmişdim. Paylaş, sonra silərsən dedim. Bilirdim ki, hara getsəm deyəcəkdilər ki, xalanqızı səni paylaşmır. Dedi ki, mən öz səhifəmdə paylaşa bilmərəm, bu, mənim rəsmi səhifəmdir. Mən də normal qəbul etdim. Dedim ki, ola bilər. Bu söhbət çox şişdi və bizim dalaşmağımıza səbəb oldu".

(adsgarden = window.adsgarden || []).push({});