Hamınızın şəxsi köməkçisi olacaq! “Rabitəbank” və “Mastercard”dan möhtəşəm xidmət!


Digərləri 29 Okt 2019 10:35:00 258 0

Hamınızın şəxsi köməkçisi olacaq! “Rabitəbank” və “Mastercard”dan möhtəşəm xidmət!

Ölkədə ilk dəfə, Rabitəbank sosial şəbəkələr üzərindən MasterCard müştərilərinə şəxsi konsyerj xidmətini təklif edir.

Bakı. Ölkədə ilk dəfə, Rabitəbank sosial şəbəkələr üzərindən MasterCard müştərilərinə şəxsi konsyerj xidmətini təklif edir. Rabitəbankın MasterCard sahibləri, bu gündən etibarən, @RabitabankBot üzərindən, istənilən sorğuları həyata keçirən və təkliflər verən konsyerj xidmətini aktivləşdirir. Belə ki, müştərilər Telegram və Facebook messencer vasitəsi ilə, Rabitabankbot-a daxil olub, mastercard kartlarını qeydiyyatdan keçirərək, konsyerj xidmətindən yararlana bilər. RabitabankBot ilə sizinlə əlaqədə olan konsyerjiniz bilet sifarişi, istədiyiniz ölkəyə qeyd etdiyiniz büdcə ilə tur təklifləri, mehmanxanalarda otaqların bronlaşdırılması, nəqliyyat sifarişi və buna bənzər çox sayda istəklərinizin reallaşdırılmasında yardımcı olacaqdır. Xidmət Rabitəbankın MasterCard platinum, MasterCard world, MasterCard business və MasterCard Black Edition kartları üçün keçərlidir.