Masazır sakinlərinə xoş xəbər:


Digərləri 29 Okt 2019 10:05:00 272 0

Masazır sakinlərinə xoş xəbər:

Masazır qəsəbəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 569, Xırdalan şəhəri ilə əlaqələndirən 535 saylı marşurt xətləri mövcud olsa da, əsas yük 525 saylı marşrut xəttinin üzərinə düşdüyündən sərnişinlərin çoxsaylı müraciətini nəzərə alaraq Dövlət Avtomobil Nəqliyyatı Xidməti daşıyıcı qarşısında tələb qoyub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, buna uyğun olaraq həmin xətt üzrə 20 yeni avtobus dekabr ayında istifadəyə veriləcək: "Bu avtobuslar 525 saylı marşurt xəttinə əlavə olunduqdan sonra pik saatlarda yaranan problem əsaslı şəkildə azalacaq".