2020 Volkswagen Golfun təfərrüatları, nəhayət, məlum oldu


Digərləri 29 Okt 2019 08:41:00 208 0

2020 Volkswagen Golfun təfərrüatları, nəhayət, məlum oldu

Volkswagen C-hetçbek seqmentində mübarizə aparan Golf modelini təqdim etməyə hazırlaşır.

Son.az ted.az-a istinadən bildirir ki, avtomobilin təqdimatından bir neçə saat əvvəl bütün fotoşəkillər internetə sızıb. Bu sızmanın təsadüfən və ya qəsdən olub-olmadığı hələlik müzakirə mövzusudur. 2020 Volkswagen Golf-un xüsusiyyətləri dünəndən etibarən göz önündədir.

Golf 7 ilə müqayisədə yeni avtomobildə əhəmiyyətli dizayn dəyişiklikləri var - 2020 Volkswagen Golf daha incə ön işıqlara malikdir, arxadakı LED stop işıqlar isə digər Volkswagen modellərinə bənzəyir. Avtomobilə yan tərəfdən baxdığımızda xətlərin çox dəyişmədiyini görürük.

Kabində bizi tamamilə rəqəmsal ekranlar qarşılayır. Ekran paneli və əyləncəli məlumat paneli də rəqəmsaldır.  Fotodan da göründüyü kimi avtomobildə "head-up" ekranı da istifadə olunur.

Görməyə öyrəşdiyimiz sürət ötürücüsü bir düymə ilə əvəz olunub. Mühərrik variantları ilə əlaqədar detallara gəldikdə isə avtomobil 1 və 1.5 litrlik benzinli mühərriklə təchiz olunub. Onu da qeyd edək ki, Golf 8 hibrit variantları ilə də yollara enəcək.

(adsgarden = window.adsgarden || []).push({});