Goranboyda qayınata kürəkəni ağır yaraladı


Digərləri 29 Okt 2019 08:54:00 219 0

Goranboyda qayınata kürəkəni ağır yaraladı

Goranboyun Xanqərvənd kəndində ağır xəsarət yetirməklə döyülmə faktı qeydə alınıb.

Son.az APA-ya istinadən xəbər verir ki, kənd sakinləri olan qayınata və kürəkən arasında mübahisə zəminində əlbəyaxa dava düşüb.

Nəticədə biri yüngül olmaqla hər iki şəxs xəsarət alıb. Ailənin 1986-cı i il təvəllüdlü kürəkəni Quliyev İsmayıl Heydər oğlunun xəsarəti daha ağır olub.

O, qapalı kəllə-beyin travması alıb, eyni zamanda sağ gicgah nayihəsindən ciddi xəsarət aldığı müəyyən edilib. Yaralı xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, digər münaqişə iştirakçısı olan qayınata da tibbi müayinədən keçirilib, lakin onda sıyrıqlar istisna olmaqla, hər hansı ciddi xəsarət aşkarlanmayıb.

Faktla bağlı araşdırma aparılır.