Çində tikilən bina çöküb: ölənlər var


Dünya 29 Okt 2019 08:47:00 255 0

Çində tikilən bina çöküb: ölənlər var

Çinin Quyyan şəhərində tikilən parklanma binasının çökməsi nəticəsində səkkiz nəfər ölüb, daha iki nəfər yaralanıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Çinin Mərkəzi televiziyası bildirib.

Məlumata əsasən, hadisə oktyabrın 28-i yerli vaxtla saat 16:21-də baş verib.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Hakimiyyət orqanları hadisənin səbəblərini araşdıran idarələrarası işçi qrupunu yaradıblar.