2020ci ilin yanvar ayında iPhone SE 2nin istehsalına başlanılacaq


Digərləri 29 Okt 2019 08:31:00 268 0

2020ci ilin yanvar ayında iPhone SE 2nin istehsalına başlanılacaq

İnsayderlər 2020-ci ilin əvvəlində iPhone SE 2 smartfonunun seriya buraxılışının başlayacağı barədə məlumatları səsləndiriblər.

Son.az ted.az-a istinadən bildirir ki, çoxdan gözlənilən yeniliyin satışının başlanğıcı mart ayının sonuna qədər keçiriləcək, lakin istehsalçılar cihaz haqqında heç bir ətraflı məlumat açıqlamırlar. İnternet şəbəkədə dəfələrlə üslubca iPhone 8-ə bənzəyən iPhone 2 smartfonunun yeni versiyasının dizaynı barədə fərziyyələr səsləndirib.

Qacetin əsas üstünlüyü, burada məhsuldarlıq səviyyəsinin və parametrlərin iPhone 11 modelinə uyğun olmasıdır. Smartfonun "ürəyi" kimi Apple A13 Bionic çipi ilə 3 GB operativ yaddaş çıxış edəcək. Həmçinin, yenilik kompakt 4,7 düym yüksək göstəricili ekran alacaq. Smartfonun qiyməti təxminən 400 dollar təşkil edəcək.

(adsgarden = window.adsgarden || []).push({});