Renault yeni ucuz krossover hazırlayır


Digərləri 29 Okt 2019 08:21:00 234 0

Renault yeni ucuz krossover hazırlayır

Fransanın Renault şirkəti Hindistanda keçiriləcək sərgi çərçivəsində tamaşaçılara ucuz krossoverin yeni modelini təqdim etmək niyyətindədir.

Son.az ted.az-a istinadən bildirir ki, avtomobilin dəqiq adı hələ ki, göstərilməsə də müxtəlif mənbələrə görə o, HBC kodu altında keçir. Krossoverin yeniliyinin üstünlükləri arasında qabaqcıl dizayn, həmçinin bahalı bəzək materiallarının tətbiqi ilə dəbli salon nəzərdə tutulur. Krossover 70 at gücünə malik turbinləşdirilmiş mühərrikə malikdir.

Renault-un yeni krossoverinin bütün komplektləşmələrdə yalnız ön sürücü nəzərdə tutulub. Ekspertlər əmindirlər ki, yenilik Triber modelindən bir qədər baha olacaq. Analitiklər krossoverin, satışlarının başladığı dünyanın bir çox ölkələrində tələbat sahibi ola biləcəyini düşünürlər.

(adsgarden = window.adsgarden || []).push({});