Türkiyədə yol qəzası baş verib, çox sayda yaralı var


Dünya 29 Okt 2019 08:13:00 259 0

Türkiyədə yol qəzası baş verib, çox sayda yaralı var

Türkiyənin Yozqat vilayətində tələbələri daşıyan avtobus aşıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində sürücü və 26 tələbə yaralanıb

Hadisənin sürücünün idarəetməni itirməsi səbəbiylə baş verdiyi qeyd olunur.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri yaxşı olaraq qiymətləndirlir. Qəza ilə bağlı araşdırma aparılır.