Rusiya və Türkiyə hərbçiləri Suriyaya dair ortaq planları müzakirə ediblər


Dünya 29 Okt 2019 07:35:00 283 0

Rusiya və Türkiyə hərbçiləri Suriyaya dair ortaq planları müzakirə ediblər

Rusiya və Türkiyə hərbçiləri Ankarada Suriyaya dair birgə planları müzakirə ediblər.

Son.az Trend-ə istinadən bildirir ki, bu bərədə Türkiyənin Müdafiə Nazirliyi bildirib.

Planların müzakirəsi Rusiya Federasiyası və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasındakı danışıqlar zamanı əldə edilən razılaşmalar çərçivəsində aparılıb:

"22 oktyabr 2019-cu ildə Soçidə Rusiya ilə əldə edilmiş razılaşmaya əsasən görüləcək tədbirləri planlaşdırmaq üçün Ankaraya gələn Rusiya hərbi heyəti ilə danışıqların ilk günü. Danışıqlar sabah davam edəcək".