Boliviyada etirazlarda ən az 30 nəfər yaralanıb


Digərləri 29 Okt 2019 07:12:00 233 0

Boliviyada etirazlarda ən az 30 nəfər yaralanıb

Boliviyada toqquşmalar zamanı ən az 30 nəfər yaralanıb

Bakı. Boliviyada yenidən seçilmiş prezident Evo Moralesin tərəfdarları və əleyhdarları arasında baş verən toqquşmalar zamanı ən az 30 nəfər yaralanıb. Trend-in məlumatına görə, bu barədə "Efe" agentliyi bildirib. Etirazlar Boliviyanın bir neçə şəhərində, o cümlədən La-Pas, Koçabamba və Santa-Crusda keçirilib. Bir nəfər qarnından güllə yarası alaraq xəstəxanaya aparılıb. (adsgarden = window.adsgarden || []).push({}); Boliviyanın səhiyyə naziri Qabriela Montanyo "Twitter"-də xəsarət alan şəxsin vəziyyətinin kritik olduğunu bildirib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin