Toy kortejində avtomobillərin sayı məhdudlaşdırılır


Digərləri 29 Okt 2019 03:19:31 242 0

Toy kortejində avtomobillərin sayı məhdudlaşdırılır

Amma hələ kortejdə iştirak edə biləcək avtomobillərin dəqiq sayı müəyyənləşdirilməyib.

Bakı. Çeçenistanda toy kortejində iştirak edən avtomobillərin sayına məhdudiyyət qoymaq təklif edilir. Trend-in məlumatına görə, polis hesab edir ki, toy mərasimlərindəki avtomobil karvanı yol hərəkəti iştirakçılarının təhlükəsizliyini pozur. Amma hələ kortejdə iştirak edə biləcək avtomobillərin dəqiq sayı müəyyənləşdirilməyib. (adsgarden = window.adsgarden || []).push({}); Qeyd edək ki, Çeçenistanda toy mərasimində bəy-gəlin avtomobilini 10-larla maşın müşayiət edir. 21 oktyabrda Kurçaloysk rayonunda toy karvanındakı avtomobilin qarşı hərəkət zolağına çıxması nəticəsində baş verən qəzada qadın və 6 aylıq körpə ölüb, 7 nəfər xəsarət alıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin