Fransada məsciddə yaşlı bir kişi atəş açıb


Digərləri 29 Okt 2019 01:00:00 201 0

Fransada məsciddə yaşlı bir kişi atəş açıb

Fransanın Bayonna şəhərində yaşlı kişi bir məscidin ziyarətçilərini güllələyib, 2 nəfər yaralanıb

Bakı. Fransanın Bayonna şəhərində yaşlı kişi bir məscidin ziyarətçilərini güllələyib, 2 nəfər yaralanıb. Trend-in məlumatına görə, Atlantik Pirineyalar Polis İdarəsi şübhəli bilinən şəxsin tutulduğunu bildirib. İlkin məlumatlara görə, silahla hücum edən şəxs yerli vaxtla saat 15:00 radələrində məscidin girişində ziyarətçiləri vurub, eyni zamanda binaya Molotov kokteyli atıb. Ən azı 74 və 78 yaşlı iki nəfər yaralanıb, biri sinə nahiyəsindən ağır yaralanıb. (adsgarden = window.adsgarden || []).push({}); Polis Sent-Martin-de-Senan kommunasında şübhəli şəxsi saxlayıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin