Prezident İlham Əliyev: Bu gün xalqı narahat edən bütün problemlər sosial infrastruktur, sosial ədalətlə bağlı olan problemlər öz həllini tapacaq


Siyasət 29 Okt 2019 00:15:00 51 0

Prezident İlham Əliyev: Bu gün xalqı narahat edən bütün problemlər  sosial infrastruktur, sosial ədalətlə bağlı olan problemlər öz həllini tapacaq

Bu gün xalqı narahat edən bütün problemlər - sosial infrastruktur, sosial ədalətlə bağlı olan problemlər öz həllini tapacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev oktyabrın 28-də Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verilən zaman rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlət başçısı bildirib: "Beynəlxalq gündəliyimiz çox zəngindir. Təkcə bu ay ərzində Azərbaycan iki önəmli təşkilata sədrliyi öz üzərinə götürüb. Oktyabrın ortasında Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi öz üzərinə götürüb və biz bir il bu təşkilata rəhbərlik edəcəyik. Oktyabrın 25-də isə dünyanın ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik etməyə başlamışıq. Qoşulmama Hərəkatından daha böyük təşkilat Birləşmiş Millətlər Təşkilatıdır ki, onun da sədri olmur. Orada Təhlükəsizlik Şurasının sədri olur və özü də rotasiya qaydasında. Ona görə biz bu gün işlək vəziyyətdə sədrliyi olan ən böyük beynəlxalq təşkilata sədrlik edirik və bu sədrliyi 119 ölkənin dəstəyi ilə əldə etmişik. Bu, nəyi göstərir? Onu göstərir ki, dünya ictimaiyyəti bizi dəstəkləyir, bizə inanır, bizə rəğbətlə yanaşır və bizim mövqeyimizi müdafiə edir. İki gün əvvəl Yekun Bəyannamədə bizim istədiyimiz bütün məsələlər öz əksini tapıb, o cümlədən ərazi bütövlüyü ilə, erməni işğalı ilə bağlı. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bizim mövqeyimizlə bağlı istədiyimiz bütün müddəalar orada öz əksini tapıb. Yəni, bu, böyük nailiyyətdir. Mən tam səmimi deyirəm, bu təşkilatda yekdil dəstək almaq çox böyük qəhrəmanlıqdır. Çünki təşkilatın 120 üzv ölkəsi var. Bəzi ölkələr bir-biri ilə yola getmir, bəzi ölkələr arasında çox böyük ixtilaflar, hətta münaqişələr var. Buna baxmayaraq, onların hamısı bizi dəstəklədilər.

Bizim daxili siyasətimiz, bax, bu reallığı yaradır, xarici siyasətimiz də mövqeyimizi gücləndirir. Ona görə bizim gələcəkdə ancaq inkişaf yolu ilə getməyimiz üçün bütün şərtlər var. Mən tam əminəm ki, Azərbaycan bundan sonra da sabitlik, inkişaf və tərəqqi yolu ilə gedəcək, bu gün xalqı narahat edən bütün problemlər - sosial infrastruktur, sosial ədalətlə bağlı olan problemlər öz həllini tapacaq. Bir daha sizi təbrik edirəm".

Günün qoroskopu: bu gün sizə maraqlı olan insanların yanında olmağa çalışın. like
  • 29 Okt 00:01  
Digərləri Günün qoroskopu: bu gün sizə maraqlı olan insanların yanında olmağa çalışın.

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Mədəniyyət naziri “Crafting Futures” proqramının nümayəndələri ilə görüşüb (FOTO) like
  • 28 Okt 23:59  
Digərləri Mədəniyyət naziri “Crafting Futures” proqramının nümayəndələri ilə görüşüb (FOTO)

Mədəniyyət naziri Əbülfəs Qarayev oktyabrın 28-də “Crafting Futures”

arrow Ətraflı
Qarğıdalının bilmədiyiniz faydaları like
  • 28 Okt 23:52  
Digərləri Qarğıdalının bilmədiyiniz faydaları

Qarğıdalı sağlamlıq üçün lazım olan kalorini təmin etməklə yanaşı,

arrow Ətraflı