Təyyarədə uçmağa qorxanlar üçün məsləhətlər


Digərləri 28 Okt 2019 23:25:00 230 0

Təyyarədə uçmağa qorxanlar üçün məsləhətlər

Hava nəqliyyatı rahat olmaqla yanaşı sağlamlıqla bağlı bəzi riskləri də bərabərində gətirə bilər.

Son.az medicina.az-a istinadən bildirir ki, xüsusilə də təyyarənin qalxması və enməsi zamanı qulaqlarda hiss edilən ağrı bəzən səfər zamanı, bəzən səfərdən sonra belə şikayətlərin davam etməsinə yol aça bilər. Təyyarə səfərləri əsnasında tətbiq ediləcək bir neçə kiçik üsul daha rahat şəkildə səyahət etmənizə gətirib çıxarır.

Ən çox qulaqlar təsirə məruz qalır

Gündəlik həyatda hiss edilən açıq hava təzyiqi ilə hündürlüyə qalxdıqda hiss edilən təzyiq arasında böyük fərq var. Təyyarə səfərlərində yüksək nöqtələrə olduqca sürətli bir qalxma gerçəkləşdiyi üçün bədən bu təzyiq fərqinə uyğunlaşmaqda çətinlik çəkə bilər. Yaşanan təzyiq fərqi bədənin fərqli bölgələrində hiss edilməklə yanaşı ən bariz şəkildə qulaqlarda ortaya çıxır. Orta qulaq tunellə burun boşluğuna açılır və qulaq pərdəsinin xarici tərəfindəki təzyiqlə daxilindəki təzyiqi tarazlamağa çalışır. Təyyarə səyahətlərində əsasən qulaq daxilindəki təzyiq aşağı olur və qulaq pərdəsi içəriyə doğru paraşüt kimi çökə bilir. Qulaq pərdəsindəki itələnmə-çəkilmə artıq olduğu zaman tıxanıqlıq hissi ilə yanaşı ağrı da hiss edilə bilir.

Təyyarə səyahətlərində mövcud yüksəklik, enmə və qalxma sürəti ilə kabinədəki təzyiqi tarazlayan cihazların düzgün işləməsi də hiss edilən təzyiq baxımından önəmlidir. Eyni zamanda səyahət edən insanın sağlamlığı da hiss edilən təzyiq baxımından önəmli faktordur. Qrip, soyuqdəymə, sinüzit, tənəffüs yolu infeksiyaları kimi səbəblərdən burun tıxanıqdırsa, təzyiq və ağrı daha çox hiss edilir. Qulaqda hiss edilən ağrı və təzyiq bilinənin əksinə olaraq burnun lazımi qaydada funksiyasını yerinə yetirə bilməməsindən qaynaqlanır. Burun düzgün nəfəs ala bilmədiyi hallarda burun və orta qulaq boşluğuna yetərli hava daxil ola bilmir, hava azlığı səbəbilə də təzyiq dəyişikliyinə uyğunlaşmaq daha gec baş verir.

Qulaq-burun-boğaz xəstəliklərinə meyilli olan insanların təyyarə səyahətlərində daha diqqətli olmaları məsləhət görülür. Səyahətə çıxılacaq günlər ərzində burun tıxanıqlığı, üst tənəffüs yolları infeksiyaları, səs qısıqlığı, boğaz ağrısı kimi şikayətləri olan insanların həkimə müraciət etməsi, lazın gələrsə, səyahətini təxirə salması faydalı olar. Səyahətdən əvvəl əlamətlər şiddətli olmasa belə hiss edilən ağrılar səbəbilə səfər olduqca narahat keçə bilər.

Su içməyə diqqət edin

Orta qulaq sisteminə hava axınını təmin edən üzvlər udqunma hərəkəti ilə qidalanır. Xüsusilə də qalxma və enmə əsnasında kiçik udumlarla su və ya ilıq maye qəbul etmək udqunmaq hərəkətini təmin edər.

Saqqız faydalıdır, lakin

(adsgarden = window.adsgarden || []).push({});