Hamilə qadınlarda bu xəstəlik gec diaqnoz olunur Kardiologiya İnstitutu


Digərləri 28 Okt 2019 23:32:00 353 0

Hamilə qadınlarda bu xəstəlik gec diaqnoz olunur  Kardiologiya İnstitutu

Hamilə qadınların müayinəsində kardioloq müayinəsi 1-ci sırada olmadığına görə onlar üçün ən təhlükəli xəstəlik hesab olunan Peripartum kardiomiopatiya diaqnozu 80% halda doğuşdan sonrakı 1-ci ay müddətində, hətta daha gec - 4-5-ci aylarda qoyulur.

Son.az medicina.az-a istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin akad.C.M Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunda "Peripartum kardiomiopatiya"- hamilə qadınlarda və doğuşdan sonrakı erkən mərhələlərdə ürək çatışmazlığına dair" elmi-praktik seminarda məlumat verilib.

Seminarda qeyd edilib ki, "Peripartum kardiomiopatiya" hamiləliyin son 4 həftəsində və hamiləlikdən sonraki 5-ci aylar arasında inkişaf edən, ana ölümü ilə nəticələnə bilən ürək problemidir:

"PPKM hamiləlik zamanı çox tez-tez rast gəlinən patologiyalardandır. Ürək xəstələrində olan bir sıra şikayətlər - başgicəllənmə, təngnəfəslik, hava çatışmazlığı hissi, uzandıqda boğulma, öskürək, topuqlarda ödem, tez yorulma hamilələrdə adi halda görülən simptomlar olduğu üçün onlara diqqət yetirilmir. Buna görə də əksər hallarda hamilə qadınlardakı mövcud ürək problemləri erkən mərhələdə aşkarlanmır. Diaqnoz qoyularkən isə artıq xəstəlik inkişaf edərək son mərhələyə çatır".

(adsgarden = window.adsgarden || []).push({});