Özündən 33 yaş kiçik xanımla nişanlanan məşhur aktyor toya hazırlaşır FOTO


Digərləri 28 Okt 2019 22:55:00 302 0

Özündən 33 yaş kiçik xanımla nişanlanan məşhur aktyor toya hazırlaşır  FOTO

Türkiyənin "Yeşil Çam" aktyoru Nuri Alço nişanlısı ilə kamera qarşısına keçib.

Son.az xəbər verir ki, bir neçə ay əvvəl özündən 33 yaş kiçik xanımla nişanlanan 68 yaşlı aktyor restoranın açılışında iştirak edib.

Açılışa 35 yaşlı nişanlısı Burcu Sezginoğlu ilə birlikdə gələn Nuri Alço yaxın günlərdə evlənəcəkləri xəbərini də verib: "Ailələr arasında danışdıq. Tarix müəyyənləşib, amma gəlin bunu indi bölüşməyək. Mən pis gözdən qorxuram".

"Yeşil Çam" aktyorlarına həsr olunmuş restoranın açılışında 64 yaşlı aktyor Əhməd Arıman da iştirak edib. İki il əvvəl özündən 39 yaş kiçik xanımla ailə quran aktyor ailə həyatı barədə danışıb: "Altı aydan sonra boşanacağımızı iddia etdilər. Bizi çox kədərləndirdilər. Çox mübarizə aparırıq, amma ertəsi gün barışırıq. Övlad sahibi olmaq istəyirik". (publika.az)

(adsgarden = window.adsgarden || []).push({});