BMT bölgədəki ölkə rəsmilərindən Əbu Bəkr əl-Bağdadinin ləğvi barədə məlumatın təsdiqini gözləyir


Digərləri 28 Okt 2019 23:09:29 270 0

BMT bölgədəki ölkə rəsmilərindən Əbu Bəkr əl-Bağdadinin ləğvi barədə məlumatın təsdiqini gözləyir

BMT İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin məhv edilməsi barədə məlumatı müstəqil olaraq yoxlaya bilmir

Bakı. BMT İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin məhv edilməsi barədə məlumatı müstəqil olaraq yoxlaya bilmir və bölgədəki hakimiyyət orqanlarından təsdiq gözləyir. Trend-in RİA Novosti-yə isnadən verdiyi məlumata görə, bu barədə BMT Baş Katibi müavininin nümayəndəsi Farhan Hak deyib. Hak vurğulayıb: "Biz bu məlumatı təsdiq edə bilmərik. Bunu bildirən bir sıra mənbələrin etibarlılığına inanırıq. Ancaq əlbəttə ki, hər hansı bir məlumat səlahiyyətlilər tərəfindən "təsdiqlənməlidir". (adsgarden = window.adsgarden || []).push({}); "İŞİD minlərlə insanın, qadının və uşağın ölümünə səbəb olan ağır cinayətlər törədib. Terrorçuların bütün qurbanlarına ehtiram göstərmək üçün bu andan istifadə etməliyik " deyərək Baş Katibin müavininin nümayəndəsi əlavə edib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin