Bu ölkə yay saatında qala bilər


Digərləri 28 Okt 2019 22:49:00 253 0

Bu ölkə yay saatında qala bilər

Oktyabrın 26-dan 27-nə keçən gecə Litva digər Baltik ölkələri kimi qış vaxtına keçdi. Böyük ehtimalla, bu proses Litva tarixində qış vaxtına keçidin son ikincisidir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, cari ilin yazında Avropa parlamenti 2021-ci ildən birlik ölkələri üçün saat çəkilməsini ləğv etmək barədə qərar qəbul edib. Ölkələr özləri hansı saatda qalacaqlarını seçəcəklər. Litva hökuməti yay vaxtında qalmağa meyillidir. Lakin istənilən halda Baltik ölkələri bu barədə ortaq qərar verməli olacaqlar.

Əgər Litva yay saatında qalmağı seçsə, 2020-ci ilin oktyabrında sonuncu dəfə qış saatına keçəcək.

(adsgarden = window.adsgarden || []).push({});