70 yaşlı gəlin, 80 yaşlı oğul, 105 yaşlı ana REPORTAJ VİDEO FOTO


Digərləri 28 Okt 2019 22:40:00 284 0

70 yaşlı gəlin, 80 yaşlı oğul, 105 yaşlı ana  REPORTAJ  VİDEO  FOTO

Ölkəmizdə uzunömürlü ailələrə daha çox cənub bölgəsində rast gəlinirsə, indi söhbət açacağımız ailə Ağsu rayonunda yaşayır. Bu ailədə gəlinin 70, oğulun 80, ananın 105 yaşı var.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 1915-ci ildə Ağsu rayonunun Abasxanlı kəndində doğulan Sadatbəyim Mehdiyeva bölgənin ən uzunömürlü sakinlərindən biridir. Ömrünü zəhmətkeş əməkçi kimi keçirən Sadatbəyim nənə deyir ki, sağlam və çox yaşamaq insanın özündən, onun yaşam tərzindən asılıdır. Nənənin sözlərinə görə, yaşadığı illər ərzində xeyli çətinliklərə sinə gərib, müharibələr görüb, ailə qurub, övlad, nəvə-nəticə sahibi olub.

Söhbət zamanı Sadatbəyim nənə bildirir ki, bir qədər tez ailə qursa da, xoşbəxt ola bilməyib: "Yoldaşım İkinci Dünya müharibəsinə yollananda övladlarım balaca idi. Müharibədə həlak oldu. Bütün çətinliklər mənim üzərimdə qaldı".

Nənənin sözlərinə görə, 1970-ci illərə qədər əzab-əziyyətli günləri çox olub: "İndi Allaha şükür, Azərbaycan gözəlləşib və inkişaf edib. O vaxt nəqliyyat kimi atlar və öküzlərdən istifadə edərdik. Amma indi hamının maşını var. Bakıdan Sumqayıta qədər yükümüzü belimizdə daşıdığımız vaxtlar olub. Allah Azərbaycan xalqından belə gözəl dövranı almasın. Bu, görünməyən bir tarixdir. Heyf ki, ömrümüzün bu yaşına təsadüf edib".

Sadatbəyim nənə zəhmətkeş əməkçi kimi xidmətlərinə görə bir neçə dəfə medal ilə də təltif edilib.

Nənənin 70 yaşlı gəlini Zemfira Mehdiyeva deyir ki, uzunömürlü və sağlam yaşamaq üçün bəzi məqamlara diqqət etmək lazımdır: "Düzdür, ömrü verən Allahdır, amma gərək sən də özünü gözləyəsən. Ailədə söz-söhbət də olar, amma gərək bir-birinizi eşidəsiniz, başa düşəsiniz. Mənim 70, yoldaşımın 80, qayınanamın da 105 yaşı var. Əlli beş ildir ki, bu evə gəlin gəlmişəm".

(adsgarden = window.adsgarden || []).push({});