Nə üçün yara gec sağalır? Səbəblər


Digərləri 28 Okt 2019 22:44:00 357 0

Nə üçün yara gec sağalır?  Səbəblər

Hər bir insan travmalar, kəsiklər, sıyrıntılar, yaralarla üzləşir. Bəzən insan fikir verir ki, yara uzun müddət ərzində sağalmır.

Son.az medicina.az-a istinadən bildirir ki, bu təhlükəli simptomdur. Diqqətli olun! Bəzən yaraların gec sağalması çox ciddi xəstəliklərin simptomu ola bilər.

Hansı səbəblərə görə yaralar gec sağalır?

Əgər yara uzun müddət ərzində sağalmırsa, bu yaraya infeksiyanın düşməsindən xəbər verə bilər. Bu halda yara şışır, qızarır, ağrıyır, bədən hərarəti qalxa bilər. Bu təhlükəli haldır. Xəstə mütləq cərraha müraciət etməlidir.

- Şəkərli diabet zamanı yaralar çox gec sağalır. Bu diabetin ilk simptomlarından biridirir. Yaralar gec sağalırsa, mütləq qanda şəkərin səviyyəsini yoxlayın.

- Avitaminoz və hipovitaminoz (vitamin və mineralların çatışmazlığı) da yaraların gec sağalmasına səbəb ola bilər.

- İmmun sisteminin zəifləməsi, immunodefisitlər zamanı yaralar çox gec sağalır. Bu səbəbdən əgər yaralar çox gec sağalırsa, bu insanın immun sistemində olan pozulmalardan xəbər verə bilər.

- Spirtli içkilərin daim qəbulu yaraların daha gec sağalmasına səbəb ola bilər.

(adsgarden = window.adsgarden || []).push({});