Yeni bağırsaq supermikrobu yayılır Yalnız bu şəxslər qoruna biləcək


Digərləri 28 Okt 2019 22:35:00 269 0

Yeni bağırsaq supermikrobu yayılır  Yalnız bu şəxslər qoruna biləcək

Dünyanın bir neçə alim qrupu və kliniki mərkəzlərinin apardıqları son tədqiqatlar dünyada yeni supermikrobunun yayılmasını təsdiqləyib. 

Antibiotiklərə davamlı E. Coli ştamlı bağırsaq bakteriyaları qanı infeksiya ilə yoluxduraraq, insandan insana keçməklə yayılır və ağır müalicə olunduğundan ölüm riski yüksəkdir. 

Son.az medicina.az-a istinadən bildirir ki, nə qədər qəribə səslənsə də supermikrob müasir insanların pis gigiyenası səbəbindən yayılır. Tualetdən sonra əlləri yumamaq, yaxşı bişməyən və çiy ətin yeyilməsi, çirkli meyvə-tərəvəzlər bakteriyaları daha dözümlü edib. 

Alimlər bakteriyanın necə yayılmasını araşdırıb. Bunun üçün Avropada bir neçə iri şəhər kanalizasiyalarından super bakteriyardan nümunələr götürülüb.  Eləcə də heyvan və insan nəcisi, ət, meyvələr, göyərti və qidalar üzərində eksperimentlər aparılıb.

Nəticədə məlum olub ki, insan qanı, nəcisi, kanalizasiyalarda eyni supermikrobun ştammları çoxdur.

Qida, tərəvəz və mal-qarada olan mikroblar isə bir qədər fərqlidir. 

(adsgarden = window.adsgarden || []).push({});