Qarında şişlik yumurtalıq xərçənginə səbəb ola bilər DİQQƏT!


Digərləri 28 Okt 2019 22:15:00 283 0

Qarında şişlik yumurtalıq xərçənginə səbəb ola bilər  DİQQƏT!

Yumurtalıq xərçənginin simptomları adətən gec aşkarlandığı üçün müalicəsi də gecikir. Türkiyəli Ginekologiya və Doğum Mütəxəssisi Dos. Dr. Gökhan Boyraz bu haqda yeni araşdırmasında bəzi məqamları qeyd edib. Həkim bildirib ki Qarın ağrısı,ürəkbulanma və s. hallar bu xəstəliyin  əhəmiyyətli simptomlar ola bilər.

Son.az medicina.az-a istinadən xəbər verir ki, mütəxəssis bildirib ki, bütün digər xərçəng növləri kimi yumurtalıq xərçənginin müaalicəsi üçün də erkən diaqnoz çox vacibdir.

Qarın ağrısı, həzmsizlik, ürəkbulanma və qusma, iştahsızlıq və erkən doyma, qarın ağrısı, sidikdə dəyişiklik (tez-tez sidiyə çıxmaq, tam rahatlaşa bilməmək), bağırsaq davranışında dəyişikliklər (qəbizlik, tam rahatlaşa bilməmək), vajinal qanaxma, sızma, vaginadan sulu axıntı və s. xüsusilə də menopauzadan sonra bu şikayətləri olan qadınlar ciddi ginekoloji müayinədən keçməlidirlər.

Həkim bildirib ki, əgər qadınlarda menepauzadan sonra yumurtalıqda mürəkkəb bir kütlə var və qarında maye toplanması halı aşkarlanıbsa, yumurtalıq xərçəngi şübhəsi çox güclüdür.

Yumurtalıq xərçənginin aradan qaldırılması üçün əməliyyat vacibdir. Ən vacib amil ilk əməliyyatın həcmi və keyfiyyətidir. Əsas məqsəd əməliyyat zamanı gözlə görünən bir şiş qalmamasıdır. Elmi araşdırmalar göstərir ki, görünən şiş olmayan xəstələrin sonrakı müalicəsi də uğurludur.

Bu səbəblə əməliyyat zamanı yalnız uterus və yumurtalıqları deyil, şiş yayıldığı bütün toxumaları çıxardır. Cərrahi müalicədən sonra xəstəliyin mərhələsinə görə kimyaterapiya qərarı verilir.

Əməliyyatın son mərhələsində, geridə qalan hər hansı bir mikroskopik şiş hüceyrəsini öldürmək üçün qarın boşluğuna 41-43 C temperaturda 90 dəqiqə davam edən bir kimyaterapiya tətbiq olunur. Xəstəlik yükünün minimum olduğu bu mərhələdə, şiş hüceyrələrinin birbaşa müalicəsi yumurtalıq xərçənginin müalicəsində çox təsirli və perspektivli bir üsuldur.

(adsgarden = window.adsgarden || []).push({});