Xırdalanda köşkdən oğurluq edən şəxs saxlanılıb


Kriminal 28 Okt 2019 22:10:00 237 0

Xırdalanda köşkdən oğurluq edən şəxs saxlanılıb

Xırdalanda köşkdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 17-də saat 5 radələrində Xırdalan şəhəri ərazisindəki köşklərdən birinin qarşısında orada işləyən M.Qasımlını tapançaya oxşar əşya ilə hədələyərək 70 manatını quldurluq yolu ilə almaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma edilir.